İsrailin hücumları nəticəsində 23 Fələstinli öldü

13:33 - 24 İyul 2025

İsrailin hücumları nəticəsində 23 Fələstinli öldü

İsrail ordusunun Qəzza zolağında davam edən hücumları nəticəsində 9-u kömək gözləyən, ən azı 23 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.


Manset.az xəbər verir ki, hücumlar havadan və qurudan həyata keçirilib. Qəzza zolağının müxtəlif bölgələrində artilleriya atəşi nəticəsində mülki şəxslər həlak olub və yaralanıb.

İsrailin həyata keçirdiyi hava hücumları Nusayrat, əl-Bureyc və Xandelfin kimi bölgələrdə də çoxsaylı ölü və yaralılarla nəticələnib. 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində 59,219 fələstinli ölüb, 143,045 nəfər yaralanıb.

Bundan başqa, 18 martdan sonra atəşkəsin pozulması ilə 8363 nəfər həlak olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az