Yaponiyada aparılan yeni araşdırma, optimist insanların gələcək barədə düşünərkən beyinlərində oxşar fəaliyyət nümunələri göstərdiyini ortaya qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 87 iştirakçı ilə keçirilən tədqiqatda, iştirakçılar maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə gələcək hadisələri təsəvvür ediblər.
Tədqiqatçılar optimistlərin beyinlərində, xüsusən də medial prefrontal korteks (MPFC) bölgəsində oxşar sinir fəaliyyətləri müşahidə ediblər. Bu, optimistlərin gələcəyə dair düşüncələrini təşkil etmək üçün ümumi bir sinir çərçivəsindən istifadə etdiklərini göstərir. Araşdırmanın aparıcı müəllifi Yanagisava Kuniaki, optimistlərin yaxşı ilə pis arasındakı fərqi daha yaxşı ayırd etdiklərini qeyd edib. Tədqiqat nəticələri PNAS jurnalında dərc olunub.