ABŞ Dövlət Departamenti, Ukraynaya 322 milyon dollar dəyərində silah satışını təsdiq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, satış, Ukraynanın hava hücumundan müdafiə və zirehli texnikasını təkmilləşdirməsinə yönəlib.
ABŞ Konqresinə göndərilən bildirişə əsasən, 150 milyon dollar dəyərində qrant, zirehli maşınların alınması və təmiri üçün ayrılacaq. 172 milyon dollar isə yer-hava raket sistemləri üçün nəzərdə tutulub.
ABŞ prezidenti Donald Trump və NATO Baş katibi Mark Rutte, Ukraynaya silah göndərilməsi məsələsini müzakirə edərək, bu addımın vacibliyini vurğulayıblar.