Psixologiya mütəxəssisləri bildirirlər ki, cəmiyyətdə qəribə qəbul edilən "öz-özünə danışıq" davranışı psixi sağlamlığın güclü əlaməti ola bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu vərdiş, emosiyaların tənzimlənməsi, yaddaşın gücləndirilməsi və düşüncələrin nizamlanması üçün faydalıdır.
Psixoloq Patricia Rosillo qeyd edir ki, ucadan düşünmək, beynin həll yolları tapmasına kömək edir: "Bu, rahatlaşdırıcı və həvəsləndirici təsir yaradır."
Bangor Universitetinin araşdırması, səssiz oxuyanlardan daha yüksək səsli oxuyanların məlumatları daha yaxşı yadda saxladığını göstərib.
İdmançılar da istifadə edir: Bir çox elit idmançılar, yarışdan əvvəl öz-özlərinə danışaraq motivasiya və konsentrasiyalarını artırırlar.
Öz-özünə danışmanın faydaları:
-
Fikirləri aydınlaşdırır
-
Stressi azaldır
-
Yaddaşı və diqqəti gücləndirir
-
Motivasiya mexanizmini artırır
Ancaq davamlı və nəzarətsiz olması halında peşəkar yardım tələb oluna bilər. Gündəlik həyatda isə bu davranış psixi pozğunluq sayılmır.