Çeçenistan rəhbəri Ramzan Kadırov Bodrumda tətildə olarkən dənizdə boğulma təhlükəsi ilə üzləşib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Bodrumun Kaynar rayonunda hotellərin birində baş verib.
Məlumata görə, Ramzan Kadırov dənizə girib və qəfil çabalamağa başlayıb.
Sahil Mühafizə qrupları onu sahilə çıxararaq ilkin tibbi yardım göstəriblər.
Daha sonra Çeçenistan rəhbəri xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hazırda Kadırovun vəziyyəti stabildir.