Neft quyusunda partlayış - 7 işçi yaralandı

10:13 - 25 İyul 2025

Neft quyusunda partlayış - 7 işçi yaralandı

Dünən gecə saatlarında Diyarbəkir-Batman avtomobil yolunda yerləşən TPAO-ya (Türkiyə Neft Şirkəti) məxsus Üçtəpə-1 qazma quyusunda baş verib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 7 işçi yaralanıb.

Hadisənin səbəbi hələ məlum olmasa da, ilkin məlumatlara görə, partlayışın qazın sıxılması nəticəsində baş verdiyi ehtimal edilir.

Partlayışın ardından müəssisədə böyük yanğın yaranıb. Yaralanan işçilərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra, müalicə olunmaq üçün şəhərdəki xəstəxanalara aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az