ABŞ Şimali Koreyaya sanksiyalar tətbiq etdi

10:38 - 25 İyul 2025

ABŞ Şimali Koreyaya sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi, Şimali Koreyanın beynəlxalq sanksiyaları pozaraq qeyri-qanuni gəlir əldə etməyə çalışan Şimali Koreya şirkəti və üç vətəndaşını sanksiya siyahısına əlavə edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, sanksiya tətbiq edilən Koreya Sobaeksu Ticarət Şirkəti, Şimali Koreya adından gəlir əldə etmək üçün müxtəlif ölkələrə İT işçiləri göndərib və Pxenyanın nüvə proqramını dəstəkləyib.

Həmçinin, şirkətlə əlaqəli olan Kim Se UnCo Kyong Hun və Myong Chol Min adlı şəxslərin aktivləri dondurulub və ticarət məhdudiyyətləri tətbiq olunub.

OFAC direktoru, Kim Çen In rejiminə qarşı mübarizənin davam edəcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az