Fransa Fələstin dövlətini rəsmən tanıyacaq - ABŞ-dən sərt reaksiya

11:33 - 25 İyul 2025

Fransa Fələstin dövlətini rəsmən tanıyacaq - ABŞ-dən sərt reaksiya

ABŞ Fransanın Fələstin dövlətinin tanınması ilə bağlı ehtiyatsız qərarını qəbul etmir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

İyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fransanın Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

Rubio sosial şəbəkədə yazıb: "ABŞ Emmanuel Makronun planını qətiyyətlə rədd edir. Bu ehtiyatsız qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülhü geri qaytarır. Bu, 7 oktyabr qurbanlarının üzünə vurulan sillədir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az