Soçiyə uçan rus təyyarəsi geri qayıtdı 

12:05 - 25 İyul 2025

Soçiyə uçan rus təyyarəsi geri qayıtdı 

Novosibirskdən Soçiyə uçan Rusiyanın S7 Hava Yollarına məxsus sərnişin təyyarəsi hava limanına geri dönüb.


Manset.az xəbər verir ki, bu barədə "Flightradar" məlumat yayıb.

Məlumata görə, təyyarə uçuşu həyata keçirərkən bir neçə dəfə Novosibirsk vilayətində dövrə vurub.

Bildirilib ki, təyyarə hava limanına enmək üçün yanacaq sərf edirdi. Qayıtma qərarına səbəb isə təyyarədə baş verən nasazlıq olub. Ekipaj uçuşdan əvvəl təzyiqin azaldığını müşahidə edib və bunun nəticəsində uçuşun davam etdirilməməsi qərarına gəlinib.

Hazırda təyyarənin vəziyyəti və sərnişinlərin durumu ilə bağlı əlavə məlumat verilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az