İlon Maskın rəhbərlik etdiyi Starlink şirkəti, minlərlə istifadəçinin internetsiz qalmasına səbəb olan fasiləyə görə üzr istəyib.
Manset.az xəbər verir ki, şirkət sosial şəbəkə hesabında xidmətin bərpa edildiyini və şəbəkə probleminin həll olunduğunu açıqlayıb. İlon Mask, SpaceX-in bu cür fasilələrin təkrarlanmaması üçün problemi aradan qaldıracağını bildirib.
Hadisə bu gün baş verib və Down Detector platformasında istifadəçilərdən 65%-i xidmətin tamamilə kəsildiyini bildiriblər.
Qeyd edək ki, Starlink, 130-dan çox ölkəyə xidmət göstərir və 2025-ci ildə peyk sayı 34 minə çatdırılacaq.