Hindistan, 5 illik fasilədən sonra Çin vətəndaşlarına turist vizalarının verilməsini bərpa edəcəyini açıqlayıb. Bu, iki ölkə arasındakı gərgin münasibətlərin yaxşılaşmasının əlamətidir.
Manset.az xəbər verir ki, Pekindəki Hindistan Səfirliyi, 24 iyul tarixindən etibarən Çin vətəndaşlarının Hindistana turist vizası ilə gələ biləcəyini bildirərək, qarşılıqlı əlaqələrin asanlaşdırılacağını vurğulayıb.
Hindistan və Çin arasında 2020-ci ildəki sərhəd toqquşmasından sonra münasibətlər gərginləşmişdi. Həmin dövrdə turist vizaları, birbaşa uçuşlar və Çin tətbiqləri qadağan edilmişdi. Lakin Çin, 2025-ci ilin martında Hindistan vətəndaşları üçün vizaları bərpa edib və birbaşa uçuşların yenidən başlaması üçün danışıqlar aparılıb.