İsrailin Qəzza zolağına hücumu - 10 fələstinli öldü

15:30 - 25 İyul 2025

İsrailin Qəzza zolağına hücumu - 10 fələstinli öldü

İsrail ordusunun Qəzza Zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 10 fələstinli həlak olub, çoxlu sayda yaralı var.


Manset.az xəbər verir ki, bu barədə Fələstinin "WAFA" agentliyi məlumat yayıb.

Məlumata görə, Sudaniya bölgəsindəki bombardmanda 3, Tuffah məhəlləsindəki hava hücumlarında 3, Zeytun məhəlləsindəki PUA hücumunda isə 2 fələstinli ölüb.

Eyni zamanda, Rimal məktəbinə və Maslah bölgəsindəki köçkün çadırlarına edilən hücumlarda 2 nəfər daha həlak olub. İsrailin Qəzza sahillərinə atdığı artilleriya mərmiləri də bölgədə tələfatlara səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az