Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Telegram" kanalında məlumat verib.
Bildirilib ki, Ukrayna tərəfinin ən yüksək səviyyədə görüş keçirmək təklifi ilə bağlı cavab gözlənilir.
"Avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik. Avropanın nümayəndələri iştirak etməlidir", - Zelenski yazıb.
Qeyd edək ki, bir gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Rusiya ilə Ukrayna arasında danışıqların Bakıda aparılmasını təklif edib .
Bundan əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri Putinlə Zelenski arasında görüş məsələsini müzakirə ediblər. Ukrayna liderinin sözlərinə görə, “görüşün hansısa formatına doğru hərəkət” var.