Uçuşa hazırlaşan təyyarə yandı - 179 nəfər ölümdən çətinliklə xilas oldu

09:42 - 28 İyul 2025

Uçuşa hazırlaşan təyyarə yandı - 179 nəfər ölümdən çətinliklə xilas oldu

ABŞ-nin Denver Beynəlxalq Hava Limanında American Airlines-ın Boeing 737 MAX 8 təyyarəsi, Mayamiyə uçarkən təkərin partlaması nəticəsində yanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın sərnişinlər arasında panikaya səbəb olub.

Təyyarənin 173 sərnişini və 6 heyət üzvü təxliyə edilib, bir nəfər yüngül xəsarət alıb.

Hadisə 240 reysin gecikməsinə yol açıb. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az