Pandemiya beyinlərin sürətlə qocalmasına səbəb oldu - Araşdırma

10:26 - 28 İyul 2025

Pandemiya beyinlərin sürətlə qocalmasına səbəb oldu - Araşdırma

İngiltərədəki araşdırmaya görə, COVID-19 pandemiyası dövründə insanların beyinləri 2020-ci ildən əvvəlki ilə müqayisədə orta hesabla 5,5 ay daha sürətli qocalıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu dəyişikliklər COVID-19-a yoluxmayanlarda da müşahidə edilib.

Nottingem Universitetinin alimləri 15,000-dən çox insanın məlumatlarını təhlil edərək pandemiya dövründə beyin yaşlanmasının sürətini müəyyən ediblər.

Araşdırma rəhbəri Ali-Reza Mohammadi-Nejad sosial təcrid və qeyri-müəyyənliyin beyin sağlamlığına mənfi təsir göstərdiyini bildirib. Nevroloq Dorothee Auer isə dəyişikliklərin geri qaytarıla biləcəyini vurğulayıb.

Kişilərdə və yaşlılar ilə sosial və iqtisadi cəhətdən əlverişsiz qruplarda beyin yaşlanmasının daha sürətlə getdiyi aşkar edilib. Tədqiqatçılar bu dəyişikliklərin səbəblərini anlamaq üçün daha çox araşdırma aparılmasının vacib olduğunu qeyd ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az