Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 28-29 iyul 2025-ci il tarixlərində Ankaraya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə ilə Qazaxıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.
Görüşlərdə iki ölkə arasında “Genişləndirilmiş Strateji Tərəfdaşlıq”ın inkişafı və qlobal, regional məsələlər müzakirə ediləcək, həmçinin münasibətləri möhkəmləndirən sənədlərin imzalanması gözlənilir.