Türkiyə hərbçisi şəhid oldu

23:11 - 28 İyul 2025

Türkiyə hərbçisi şəhid oldu

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Jandarm idarəsinin çavuşu Mehmet Ali Yıldırım həlak olub.


Manset.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Nazir bildirib ki, Şırnak Vilayəti Jandarm Komandanlığında xidmət edən M.A.Yıldırım əməliyyat zamanı qayalıq bölgədən enerkən ağır şəkildə yaralanıb.

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin cəhdlərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az