Bu ölkələr Fələstin dövlətini tanımağa çağırış etdi

10:10 - 29 İyul 2025

Bu ölkələr Fələstin dövlətini tanımağa çağırış etdi

İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri, BMT Yüksək Səviyyəli Beynəlxalq Konfransında Fələstin dövlətinin tanınması üçün çağırış ediblər.


Manset.az xarici mediaya istinadən xəbr verir ki, Ayman əs-Səfədi, sülhün regional təhlükəsizliyi təmin edəcəyini və Fələstin dövlətinin tanınması lazım olduğunu bildirib.

O, Fransanın addımını alqışlayaraq, digər ölkələri də bu yola çağırıb. Feysəl bin Fərhan isə Qəzzadakı humanitar böhranı pisləyərək, sülhün yalnız haqların təmin edilməsi ilə mümkün olduğunu qeyd edib. Hər iki nazir, iki dövlətli həllin vacibliyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az