"ChatGPT" psixoz riski yaradır - XƏBƏRDARLIQ

10:27 - 29 İyul 2025

 \"ChatGPT\" psixoz riski yaradır - XƏBƏRDARLIQ

Böyük Britaniyada aparılan tədqiqat, süni intellekt chatbotlarının, xüsusilə həssas insanlarda psixotik simptomları tətiklədiyini ortaya qoyub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər, bu chatbotların reallığı təhrif edərək psixozlara səbəb ola biləcəyini bildirirlər.

London Kral Kollecinin nöropsikiyatristi Hamilton Morrin bu fenomeni "əsl hadisə" adlandırıb və AI-nin istifadəçilərin bilişsel zəifliklərini daha da gücləndirə biləcəyini qeyd edib.

Tədqiqatın digər müəllifi Dr. Tom Pollack isə, süni intellektin təhlükəsizlik tədbirlərinin gücləndirilməsini təklif edib. OpenAI, psixoloji cəhətdən həssas istifadəçilərə xəbərdarlıqların necə çatdırılacağı ilə bağlı çətinliklər yaşadıqlarını etiraf edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az