Arda Gülər bu hərəkəti ilə ürəkləri fəth etdi - VİDEO

11:49 - 29 İyul 2025

Arda Gülər bu hərəkəti ilə ürəkləri fəth etdi - VİDEO

"Real Madrid"in formasını geyinən futbolçu Arda Gülər, bir azarkeşinin xahişini geri çevirməyərək, bir daha azarkeşlərin sevgisini qazanıb.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, futbolçu, "Real Madrid"in avqustun 4-də başlayacaq hazırlıqları öncəsi tətilinə davam etdiyi müddətdə, iş saatlarında azarkeşləri ilə foto və video çəkdirməklə vaxt keçirir.

Bu zaman fanatlardan biri, Arda Gülərdən kiçik qardaşına salam göndərməsini istəyib. Arda Gülər isə, azarkeşinin istəyini yerinə yetirərək, həmin qardaşa salam göndərib.

Bu anın videosunu izləyən balaca uşaq sevincindən özünü saxlaya bilməyib və böyük bacısını sevincək qucaqlayıb. Bu görüntü sosial mediada böyük rəğbətlə qarşılanıb və izləyicilər tərəfindən çox müsbət qarşılanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az