Çində leysan yağışlarının səbəb olduğu daşqın və fəlakətlər nəticəsində 30 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində Pekinin Miyun rayonunda 28, Yançinq rayonunda isə 2 nəfər həlak olub.
Yağışlar və fasiləsiz leysan karayollarında ziyan yaradıb və şəhərdə elektrik təchizatı kəsilib. Fəlakət nəticəsində şəhərdə daşqınlara qarşı mübarizə tədbirləri gücləndirilib. İtkin düşənlərin axtarışı və xilasetmə işləri davam edir.
Hazırda əraziyə xilasedici qruplar və təbii fəlakətdən xilasetmə ləvazimatları göndərilib. Eyni zamanda, 80,332 nəfər təxliyə edilib.