Rusiya aviaşirkətinə kiberhücum təşkil olundu

14:56 - 29 İyul 2025

Rusiya aviaşirkətinə kiberhücum təşkil olundu

Rusiya aviasiya nəhəngi olan Aeroflot aviaşirkətinə kiberhücum təşkil olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu hücum nəticəsində çox sayda daxili və beynəlxalq reyslər təxirə salınıb. Şirkətin informasiya sistemindəki nasazlıq səbəbindən, həm sərnişinlər, həm də hava yolları üzərində əməliyyatlar ciddi şəkildə pozulub.

Kiberhücumun məsuliyyətini öz üzərinə götürən "Səssiz Qarğa" adlı haker qrupu, bir ildir bu hücuma hazırlaşdıqlarını açıqlayıb. Qrup, Aeroflot rəhbərliyinin və digər əməkdaşlarının fərdi kompüterlərini oğurladıqlarını iddia edib və şirkətin bütün istifadəçilərinin şəxsi məlumatlarını yaymaqla hədələyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az