Tramp Şotlandiyada yeni qolf kurortu açır

16:57 - 29 İyul 2025

Tramp Şotlandiyada yeni qolf kurortu açır

ABŞ Prezidenti Donald Tramp, Şotlandiyanın Aberdenşir bölgəsində yeni qolf meydançasının açılışını edib.


Manset.az xəbər verir ki, açılışda Tramp qolf oynamaqla yanaşı, qlobal məsələlərə də toxunub. O, müharibələri dayandırmağa çalışacaqlarını və Vaşinqtona qayıdıb dünya problemləri ilə məşğul olacaqlarını bildirib.

Tramp, Şotlandiyanın Baş naziri Con Svinni ilə təkbətək görüşdən sonra açıqlama verib. Görüşdə ABŞ-nin şotland viskisinə tətbiq etdiyi rüsum və Qəzza böhranı müzakirə edilib. Tramp həmçinin Avropa İttifaqı və Böyük Britaniya ilə böyük bir saziş imzalandığını qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az