4 yaşlı qızı öldürən şəxs edam edildi

12:18 - 30 İyul 2025

4 yaşlı qızı öldürən şəxs edam edildi

İranın Semnan əyalətində 4 yaşlı qızı öldürməkdə təqsirli bilinən şəxs edam edilib.


Manset.az İran mediasına istinadən xəbər verir ki, Semnan əyalətinin prokuroru Məhəmməd Sadiq Əkbəri məsələyə dair açıqlama verib.

O bildirib ki, ötən il 4 yaşlı qızı bıçaqlayaraq öldürdüyü üçün həbs edilən 25 yaşlı şəxs edam cəzasına məhkum edilib. Hüquqi proses tamamlandıqdan sonra onun cəzası bu gün səhər saatlarında ictimai yerdə icra olunub.

Prokuror əlavə edib ki, cinayətkar həmçinin eyni ailədən olan 9 nəfəri də bıçaqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az