Cənubi Koreyada istilər nəticəsində ölənlərin sayı 13-ə çatdı

15:57 - 30 İyul 2025

Cənubi Koreyada istilər nəticəsində ölənlərin sayı 13-ə çatdı

Cənubi Koreyada davam edən həddindən artıq istilər nəticəsində ölənlərin sayı 13-ə çatıb.


Manset.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Məlumata görə, Cənubi Koreyada yüksək hava temperaturu həyatın müxtəlif sahələrinə mənfi təsir göstərməyə davam edir.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) verdiyi açıqlamada, may ayından etibarən isti hava şəraiti nəticəsində yaranan xəstəliklər səbəbindən ümumilikdə 2768 nəfərin təcili tibbi yardım xidmətinə müraciət etdiyi bildirilib.

Açıqlamada, bu şəxslərdən 13-nün həyatını itirdiyi və xəstələrin sayının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,6 dəfə artdığı qeyd edilib. Ölüm hallarının isə 3 dəfə artdığı vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az