Taylandda "Wipha" qasırğası - 7 ölü, 143 yaralı

15:08 - 30 İyul 2025

Taylandda \"Wipha\" qasırğası - 7 ölü, 143 yaralı

Taylanda təsir edən "Wipha" qasırğası nəticəsində 7 nəfər ölüb, 143 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şimal bölgələrində yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. 43 səhiyyə müəssisəsi zərər görüb.

Meteorologiya Xidməti yağışların azalacağını, amma sürüşmə riskinin davam edəcəyini bildirib.

Tayland Kral Ordusu xilasetmə işlərinə qatılıb, qayıqlar və dronlarla yardım göndərib.

Laosda Wipha qasırğası 4 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub. 15 min ailə zərər çəkib, 2000 evdən 183-ü tamamilə dağılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az