Almaniyada sığınacaq üçün müraciətlərin sayında əhəmiyyətli azalma müşahidə olunur ki, bu da sərhəd nəzarətinin artırılması siyasəti və bir çox əvvəlki müraciətlərin mənfi cavablandırılması ilə bağlıdır.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" yazır.
Yanvar-iyul aylarında Almaniyada sığınacaq üçün təxminən 70 min ilkin müraciət qeydə alınıb. Bu, təxminən 141 min müraciətin daxil olduğu 2024-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 50% azdır.
İyulda 8300-ə yaxın ilkin ərizə təqdim edilib ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 45% azdır.
Daxili işlər naziri Aleksandr Dobrindt qeyd edib ki, hökumət bu tendensiyanı davam etdirmək niyyətindədir.