İsrail ordusunun Qəzza zolağına səhər saatlarından bəri davam edən hücumları nəticəsində 27-si humanitar yardım gözləyən 55 fələstinli həlak olub.
Manset.az xəbər verir ki, bu haqda məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, İsrail əsgərləri Qəzza zolağının cənubundakı Rəfah şəhərində, həmçinin Qəzza zolağının mərkəzi Vadi Qəzza bölgəsində, şimal-qərbdəki Sudaniya bölgəsində humanitar yardım gözləyən fələstinlilərə atəş açıb.