Oksford Universitetinin apardığı araşdırmaya əsasən, süni intellekt və robot texnikasının inkişafı nəticəsində gələcəkdə bir çox iş yerləri köhnələcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yaxın 20 il ərzində bir sıra peşələr tamamilə maşın əsaslı olacaq və insan əməyinə ehtiyac qalmayacaq.
Ən çox təsirlənəcək sahələr arasında logistika və nəqliyyat sektoru ön plandadır. Süni intellektin üstünlük təşkil edəcəyi sahələrdə artıq insan gücünə ehtiyac olmayacaq.
Gələcəkdə insan əməyinə ehtuyac olmayacaq peşələr:
-
Kassir
-
Ofisiantlıq
-
Nəqliyyat
-
Katiblik
-
Anbar işçisi
-
Mühasibatlıq
-
Satıcı
-
Təmir işləri
-
Sığorta
-
Əkinçilik
-
Pilotluq
-
Sürücülük
Bu dəyişikliklər, süni intellekt və robot texnologiyalarının iş həyatını necə dəyişdirəcəyini və gələcəkdə hansı sahələrin avtomatlaşdırılacağını göstərir.