Bu ölkədə daşqınlar nəticəsində 10 nəfər öldü

12:31 - 04 Avqust 2025

Bu ölkədə daşqınlar nəticəsində 10 nəfər öldü

Vyetnamın şimalında dağlıq ərazilərdə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, son günlər yağan güclü yağışlar Son La, Phu Tho, Tuyen Kuanq və xüsusilə Dien Bien əyalətlərində daşqınlara səbəb olub, bir neçə yaşayış məntəqəsini təcrid edib.

Kənd Təsərrüfatı Nazirliyi Dien Bien əyalətinin Tia Dinh və Ha Dung kommunalarında 10 nəfərin öldüyünü, daha 7 nəfərin yaralandığını təsdiqləyib.

Sakinlər təhlükəsiz ərazilərə təxliyə edilib, elektrik və telekommunikasiya xidmətləri bazar günü axşam saatlarında əsasən bərpa edilib.

İyulun sonlarında baş verən analoji daşqınlar Son La əyalətində beş nəfərin həyatına son qoyub, əkinləri su basıb, quşlar və mal-qara tələf olub. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az