"Müdafiə qabiliyyəti nüvə danışıqlarında müzakirə olunmayacaq" - İran

14:17 - 04 Avqust 2025

\"Müdafiə qabiliyyəti nüvə danışıqlarında müzakirə olunmayacaq\" - İran

İranın müdafiə qabiliyyəti heç bir nüvə danışıqlarının mövzusu olmayacaq.


Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İRNA agentliyinə verdiyi açıqlamada deyib.

O, hazırda İranda beynəlxalq nüvə müfəttişlərinin olmadığını vurğulayıb. Həmçinin, MAQATE-nin baş direktor müavini Massimo Aparonun Tehrana səfərinin 10 gündən az müddətə olacağı və MAQATE ilə gələcək əlaqələrin səfərdən sonra qərara bağlanacağı qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az