İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan mülki vətəndaşların sayı 60 min 933 nəfərə yüksəlib. Eyni zamanda, hücumlar nəticəsində yaralananların sayı isə 150 min 27 nəfər olub.
Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saatda həyata keçirilən hücumlarda 94 nəfərin həyatını itirdiyini, 439 nəfərin yaralandığını və daha əvvəlki hücumlar nəticəsində dağıntılar altında qalan 4 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Nazirlik bildirib ki, İsrailin 18 mart 2025-ci ildə atəşkəs razılaşmasını birtərəfli qaydada ləğv etməsindən sonra 9440 fələstinli həyatını itirib, 37 986 nəfər isə müxtəlif dərəcəli yaralanmalar alıb.