"Apple", öz süni intellekt xidmətini inkişaf etdirməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni xidmət, intelektual informasiya axtarış sistemi kimi fəaliyyət göstərəcək və istifadəçilərə daha səmərəli məlumat əldə etməyə kömək edəcək.
Bloomberg-in verdiyi məlumata əsasən, layihə ChatGPT-yə bənzəsə də, yalnız Apple ekosistemi daxilində fəaliyyət göstərəcək.
Yeni xidmətin inkişafı üçün şirkət, "Cavablar, Biliklər və Məlumatlar" adlı xüsusi bir komanda yaradıb. Bu komanda, həm internetdən, həm də istifadəçinin cihazının yaddaşından məlumat alaraq, istifadəçinin suallarına cavab verəcək və chatbot kimi dialoq formatında işləyəcək.
Layihənin rəhbəri Apple-ın tanınmış top meneceri Robbie Walker olub, layihənin üzərində keçmiş Siri tərtibatçıları da çalışır. Şirkət, süni intellekt sahəsindəki bu yeni addımı ilə istifadəçilərinə daha ağıllı və fərdi xidmətlər təqdim etməyi hədəfləyir.
Apple-ın bu yeni süni intellekt xidmətinin ekosistemi və istifadəçi təcrübəsini necə dəyişəcəyini zaman göstərəcək.