Antalyada, 43 polşalı turisti daşıyan avtobus, Yavrudoğan Məhəlləsində hərəkətdə olarkən yanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Avtobus sürücüsü Yunus Bişirik mühərrik hissəsində yanğın olduğunu görərək, avtobusu yolun kənarına çəkib və turistləri təxliyyə edib.
Yanğınsöndürənlər hadisə yerinə gələrək alovu söndürüb. Turistlər heç bir xəsarət almadan otellərinə aparılıb. Sürücü bildirib ki, hadisə zamanı bir turistin burnu qanayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.