Bu ölkədə 70 terrorçu zərərsizləşdirildi

16:09 - 05 Avqust 2025

Bu ölkədə 70 terrorçu zərərsizləşdirildi

Somalinin Aşağı Şabelle bölgəsində terror təşkilatı Əl-Şəbab-a qarşı keçirilən hərbi əməliyyatlarda 70 terrorçu zərərsizləşdirilib.


Manset.az xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.

Somali Milli Ordusunun (SNA) həyata keçirdiyi və Afrika İttifaqı Sülhməramlı Qüvvələrinin dəstəklədiyi əməliyyatlarda 70 Əl-Şəbab üzvünün öldürüldüyünü bildirib. Əməliyyatlar zamanı 2 SNA əsgəri şəhid olub, 12 əsgər isə yaralanıb.

Nazirlik, "Səssiz Fırtına" adlı əməliyyatlar çərçivəsində terror təşkilatının Aşağı Şabelle bölgəsindəki Bariire qəsəbəsindəki strateji bazalarının hədəf alındığını vurğulayıb.

Somali Prezidenti Həsən Şeyx Mohamudun 2022-ci ildə vəzifəyə başlamasından sonra terrorla mübarizə sahəsində başlanan genişmiqyaslı əməliyyatlar davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az