ABŞ Dövlət Departamenti, Zambiya və Malavi vətəndaşlarından ABŞ iş və turist vizalarına müraciət edərkən 15 min dollar depozit tələb edəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni tətbiq olunan pilot proqram çərçivəsində, avqustun 20-dən etibarən B1/B2 tipli vizalar üçün müraciət edən şəxslərdən 5.000, 10.000 və ya 15.000 dollara qədər "zəmanət" yatırmaları tələb olunacaq.
Maliyyə öhdəlikləri, Zambiya və Malavi vətəndaşlarının ABŞ səfəri bitdikdən və ölkələrinə geri döndükdən sonra geri qaytarılacaq. Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, bu tətbiq, ABŞ-a giriş üçün müraciət edənlərin lazımi maliyyə vəzifələrini yerinə yetirib-yetirmədiklərini müəyyən etmək məqsədini güdür.
Yeni tənzimləmə, ABŞ-nin bəzi müraciət edənləri daha ciddi nəzarət altında saxlamaq və səfərlərin qaydalara uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutulub.