28 il əvvəl yoxa çıxdı - Cəsədi buzlaqlardan tapıldı

13:50 - 06 Avqust 2025

28 il əvvəl yoxa çıxdı - Cəsədi buzlaqlardan tapıldı

Pakistanın Kohistan bölgəsində 28 il əvvəl itkin düşən Naseeruddin adlı kişinin cəsədi tapılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli çoban cəsədi "Lady Valley" ərazisində, tam toxunulmaz vəziyyətdə və geyimləri ilə birlikdə tapıb. Polis, şəxsiyyət vəsiqəsindən istifadə edərək cəsədin 1997-ci ildə qar fırtınasında yoxa çıxmış Naseeruddinə aid olduğunu müəyyən edib.

Son illərdə yağan qarın azaldığı və buzlaqların sürətlə əridiyi qeyd edilir. Mütəxəssislər, bu hadisənin iqlim dəyişikliyinin buzlaqların ərimə sürətinə təsirini göstərdiyini bildirirlər. Naseeruddin evli olub və iki uşaq atası idi, yoxa çıxdığı gün qardaşı ilə yola çıxmışdı. Qardaşı onun itkin düşdüyü günü xatırlayır.

Prof. Dr. Muhəmməd Bilal, buzlaqda oksigen və rütubətin olmamasının bədənin mumiyalaşmasına səbəb olduğunu açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az