Mirzoyan da ABŞ-yə səfər edəcək

19:33 - 06 Avqust 2025

Mirzoyan da ABŞ-yə səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama yayıb.

O bildirib ki, Mirzoyan Baş nazir Nikol Paşinyanın rəhbərlik nümayəndə heyətinin tərkibində Vaşinqtonda səfərdə olacaq.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ-yə işgüzar səfərə yollanıb.

“The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az