İspaniyanın Cumilla şəhərində Ramazan və Qurban bayramlarını ictimai obyektlərdə qeyd etmək qadağan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qətnamə Xalq Partiyası (PP) tərəfindən təklif olunub və Vox partiyasının bitərəf qalması ilə qəbul edilib.
Qərarda, "Bələdiyyə idman qurğuları kimliyimizə yad dini və mədəni fəaliyyətlər üçün istifadə edilə bilməz" ifadəsi yer alıb. Solçu partiyalar buna qarşı çıxıblar.
Vox partiyası, İspaniyanın "xristian xalqının torpağı" olduğunu vurğulayıb. İslam Təşkilatları Federasiyasının prezidenti isə qərarı "islamofobik və ayrı-seçkilikçi" adlandırıb. Cumillada, əhalinin 7,5 faizini müsəlmanlar təşkil edir və şəhər tarixi olaraq müsəlman irsinə malikdir.
Qərarın İspaniya Konstitusiyasına zidd olduğu, çünki din və inanc azadlığını təmin edən 16-cı maddəni pozduğu iddia edilir.