İsrailin hücumları nəticəsində 17 fələstinli həlak oldu

11:59 - 07 Avqust 2025

İsrailin hücumları nəticəsində 17 fələstinli həlak oldu

İsrail ordusunun bu səhər Qəzza zolağının müxtəlif bölgələrinə etdiyi hücumlarda 17 fələstinli, o cümlədən qadın və uşaqlar həyatını itirib.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzza şəhərindəki Şati Qaçqınlar Düşərgəsində bir evi bombalama nəticəsində 3, Şeyx Rıdvan məhəlləsində 3, Nusayrat Qaçqınlar Düşərgəsində isə 4 fələstinli həlak olub. Xan Yunisdə bir evin bombalanması nəticəsində 5, Əl-Məvasi bölgəsində isə bir ana və qızı həyatını itirib.

Bu hücumlar, Qəzzadakı humanitar vəziyyətin daha da pisləşməsinə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az