İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin danışıqlara dair mesajlarına münasibət bildirib.
Manset.az xəbər verir ki, o, Tehran administrasiyasının hələlik məsələ ilə bağlı yekun qərar qəbul etmədiyini vurğulayıb.
İran dövlət televiziyasına açıqlama verən Əraqçi, ABŞ-dən alınan bəzi mesajların dəyərləndirildiyini, amma hələ qərar verilmədiyini bildirib. Nazir, danışıqların olub-olmamasının yalnız İranın maraqlarına uyğun olub-olmamasına bağlı olduğunu qeyd edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmilərinin yaxın günlərdə Tehrana səfər etməsi gözlənilir. Əraqçi, bu səfər öncəsi, dəyişən şərtlərə görə MAQATE ilə münasibətlərdə yeni bir dövrün başlanması lazım olduğunu açıqlayıb.
O, bildirib ki, həm İran parlamentinin qərarlarını, həm də sahədəki dəyişiklikləri nəzərə alaraq, MAQATE ilə yeni bir dövrə başlanmalıdır.