Kremlin xarici siyasət müşaviri Yuri Uşakov, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək təkbətək görüşün yerinin və vaxtının artıq müəyyən edildiyini açıqlayıb.
Manset.az xəbər verir ki, görüş üçün razılıq əldə olunub, lakin təfərrüatlar hələlik ictimaiyyətə açıqlanmayıb.
O, görüşün hazırlıqlarına başlandığını da qeyd edib və məlumatların ən qısa zamanda yayımlanacağını əlavə edib.
Görüşün yeri və tarixi ilə bağlı daha ətraflı məlumatların yaxın gələcəkdə təqdim ediləcəyi bildirilib.