Qaqauziya prezidenti 7 il müddətinə azadlıqdan məhrum edildi

15:21 - 07 Avqust 2025

Qaqauziya prezidenti 7 il müddətinə azadlıqdan məhrum edildi

Qaqauziya Muxtar Vilayətinin prezidenti Yevgeniya Qutul, 2023-cü il prezident seçkilərini qeyri-qanuni maliyyələşdirməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, vəkili bu qərarı “siyasi edam” kimi qiymətləndirib.

Qutulun məhkəməsi beynəlxalq ədalət standartlarına uyğun keçmədiyi, sübutların təqdim edilmədiyi və prosessual pozuntuların olduğu bildirilir.

Qaqauziya Milli Assambleyası isə Qutulun mühakimə olunmasını bölgənin hüquqi statusuna hücum olaraq qiymətləndirib və qərarı qəbul etməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az