Çində torpaq sürüşməsi - 2 nəfər öldü

15:41 - 07 Avqust 2025

Çində torpaq sürüşməsi - 2 nəfər öldü

Çinin Quanqdonq əyalətinin mərkəzi Quançjou şəhərində baş verən güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində yerin altında qalan iki nəfərin cəsədi tapılıb.

Güclü yağışlar Quançjounun bəzi bölgələrində torpaq sürüşmələrinə səbəb olub. Səlahiyyətlilərin verdiyi açıqlamaya əsasən, ümumilikdə 14 nəfər torpaq sürüşmələri nəticəsində yerin altında qalıb.

Xilasetmə əməliyyatları nəticəsində 7 nəfər yaralı olaraq xilas edilib və onların müalicəsi davam edir. Hazırda itkin düşən 5 nəfərin axtarış-xilasetmə işləri isə davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az