Çinin Sincan-Uyğur Muxtar Bölgəsində asma körpüdə kabelin qopması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, Sincan-Uyğur Muxtar Bölgəsinin şimal-şərqində baş verib. Asma körpüdəki kabelin qopması nəticəsində insanların həyatını itirdiyi və bir neçə nəfərin isə yaralandığı bildirilib.
Hadisə ilə bağlı dərhal araşdırma başlandığı və bölgənin turizm sahəsinin müvəqqəti olaraq bağlandığı açıqlanıb. Səlahiyyətlilər vəziyyətin nəzarət altına alındığını və zərərçəkənlərə yardım göstərildiyini qeyd edib.