ABŞ Dövlət Departamentindən üçtərəfli görüşlə bağlı açıqlama

02:08 - 08 Avqust 2025

ABŞ Dövlət Departamentindən üçtərəfli görüşlə bağlı açıqlama

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın Volodimir Zelenski ilə danışıqlar olmadan Putinlə görüşüb-görüşməyəcəyini dəqiqləşdirməyib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika administrasiyası rəhbəri Donald Trampın Ukrayna Prezidenti Vlodimir Zelenskinin iştirakı ilə üçtərəfli danışıqlar aparılmayacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə hazır olub-olmadığını dəqiqləşdirməyib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott jurnalistlərə bildirib ki, onların əsas məqsədi bu münaqişəyə son qoymaq, tərəfləri danışıqlar masası arxasına əyləşdirmək, atəşkəs, eləcə də uzunmüddətli və davamlı sülhü təmin etməkdir. 

“Biz sülhün əldə edilməsinə kömək etməyə, bu münaqişəyə son qoymağa, qan tökülməsini dayandırmağa hazırıq. Bizi hərəkətə gətirən siyasət budur” ,deyə - Piqott bildirib. 

Onun fikrincə,  bu münaqişənin diplomatik yolla həllini təmin etmək üçün əsas tərəfləri danışıqlar masasına oturtmaqdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az