Almaniya kansleri Fridrix Merz İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirmək planına cavab olaraq bildirib ki, İsrailə silah ixracı növbəti xəbərdarlığa qədər təsdiqlənməyəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Merz bəyanatında israilli girovların azad edilməsi və atəşkəs danışıqlarının Almaniyanın əsas prioritetləri olduğunu bildirib və Qəzza zolağında dinc əhalinin əziyyət çəkməsindən dərin narahatlığını ifadə edib.
Merz həmçinin elan edib ki, İsrailə silah tədarükünün növbəti xəbərdarlığa qədər dayandırılıb.