Tibb dünyasını şoka salan olay - Bunu eşidən şəxs komadan çıxdı

15:46 - 08 Avqust 2025

Tibb dünyasını şoka salan olay - Bunu eşidən şəxs komadan çıxdı

Çinin Henan əyalətində tibb dünyasını heyrətə gətirən bir hadisə baş verib. 18 yaşlı Jiang Chennan nadir və sürətlə irəliləyən beyin iltihabı səbəbindən bir həftəlik komada idi və həyat dəstəyinə bağlı idi. Həkimlər ümidlərini itirmişdilər, lakin ata qızına arzusunda olduğu universitetin qəbul məktubunu oxuduğu zaman möcüzə baş verdi — Jiang Chennan ayıldı.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 11-də xəstəxanaya yerləşdirilən Jiang Chennanın vəziyyəti sürətlə pisləşmiş, ürəyi və ağciyərləri öz-özünə işləməsinə baxmayaraq həkimlərin bütün səyləri nəticəsiz qalmışdı.

Ailə böyük maddi çətinliklər içində idi — atasının avtomobil qəzasından sonra iş qabiliyyətini itirməsi, ananın küçədə yemək sataraq ailəni dolandırmağa çalışması, və müalicə üçün dostlardan böyük məbləğdə borc alınması ailənin vəziyyətini ağırlaşdırmışdı.

Ümidlərin tükəndiyi anda ata xəstəxanaya universitetə qəbul məktubunu gətirdi və komada olan qızına ucadan oxumağa başladı. Göz qapaqlarının hərəkəti isə ilk kiçik işarə oldu. Növbəti səhər Jiang Chennan gözlərini açdı. 

Həkimlər onun bu ani yaxşılaşmasını izah edə bilməsələr də, ailə inanır ki, qızın sağalmasının səbəbi arzusunun gerçəkləşməsi xəbəri olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az