Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların yekunu üzrə üç sənəd imzalanıb.
Manset.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook" sosial şəbəkəsində yazıb.
O bildirib ki, Ermənistan və ABŞ hökumətləri arasında üç əsas istiqamət üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.
Bunlar "Sülh kəsişməsi" layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlıq, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, eləcə də enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandlardır.