Ukrayna prezidenti Volodimir Zelenski Donald Tramp və Vladimir Putin arasında danışıqlarda müəyyən formada iştirak edə bilər.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, CBS telekanalı bu barədə Ağ Evdəki yüksək vəzifəli mənbəyə əsasən məlumat yayıb.
Zelenskinin danışıqlarda hansı formatda iştirak edə biləcəyi açıqlanmır. Ukrayna hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri avqustun 15-də Alyaskada görüşəcək.
Görüşün əsas mövzusu Rusiyanın Ukrayna ərazilərini işğal etməsi olacaq.
"Wall Street Journal" yazıb ki, Putin Ukrayna qoşunlarının Donetskdən çıxarılması da daxil olmaqla, nizamlanma planını ABŞ-a təhvil verib. Rusiya prezidenti açıq şəkildə bildirib ki, Ukrayna prezidenti ilə görüşə qarşı heç bir şey yoxdur, lakin “bunun üçün müəyyən şərait yaradılmalıdır”.